Logo - Official Visa Application Center
Rəsmi viza Müraciət mərkəzi

ÜMUMİ SATIŞ VƏ XİDMƏT TƏMİNATI ŞƏRTLƏRİReduce

Qüvvəyə minmə tarixi: 13 iyul 2016-cı il

GİRİŞ

Bu sənəddə əksi göstərilmədiyi təqdirdə, CAPAGO SA əsas şirkət, yaxud onun törəmə şirkətləri və ya filial şəklində birləşmiş nümayəndəlikləri deməkdir.

CAPAGO SA, bu məqsədlə və xüsusi olaraq aşağıdakı funksiyaları yerinə yetirmək üçün səlahiyyətlləndirilmiş diplomatik nümayəndəliklərlə birgə viza verilməsi haqqında vəsatətin təqdim edilməsi və logistik emalına dair resursları, texniki vasitələri, xidmətləri və məhsulları təmin edir:

  • İstifadəçidən-viza ərizəçisindən pasport/səyahət sənədini, doldurulmuş və imzalanmış blankı və vəsatəti təsdiqləmək üçün tələb olunan qoşma sənədləri qəbul etmək;
  • Vəsatətlə əlaqəli viza rüsumlarını toplamaq;
  • Mümkün olduğu təqdirdə, biometrik məlumatların (barmaq izləri və şəxsiyyəti təsdiq edən fotoşəkillər) viza verilməsi haqqında vəsatətə daxil edilməsi,
  • Doldurulmuş və təqdim edilmiş vəsatətlərin səlahiyyətli diplomatik nümayəndəliklərə göndərilməsi,
  • Emal edilmiş sənədləri səlahiyyətli diplomatik nümayəndəliklərdən geri götürmək və onları istifadəçiyə / viza ərizəçisinə poçt və ya mərkəzlərimizdən birində şəxsən təqdim etmək.

CAPAGO SA məhsullarının və/ və ya xidmətlərinin istifadəçiləri və / və ya viza ərizəçiləri (bundan sonra "İstifadəçi" adlandırılır) istifadə şərtləri, məsuliyyət məhdudiyyətləri və kompensasiya şərtləri, habelə şəxsi məlumatların qorunması haqqında aşağıda təsvir olunmuş şərtlərlə tanış olmalıdırlar. Bu hissə CAPAGO SA şirkətinin ümumi satış və xidmət şərtlərini təşkil edir.

CAPAGO SA tərəfindən təklif olunan rəqəmsal platformalardan, məhsullardan və / və ya xidmətlərdən istifadə bu ümumi şərtlərin heç bir məhdudiyyət olmadan istifadəçi tərəfindən oxunması, başa düşülməsi və təsdiqlənməsi kimi qəbul edir. CAPAGO SA şirkətinin heç bir əməkdaşı, nümayəndəsi, filial strukturu və ya müqavilə tərəfdaşı CAPAGO SA şirkətinin əvvəlcədən yazılı razılığı olmadan mövcud şərtləri dəyişdirmək, həmçinin şərtlərə əlavələr və ya ixtisarlar etmək səlahiyyətinə malik deyil.

CAPAGO SA, istifadəçilərin CAPAGO SA şirkəti tərəfindən rəsmi səlahiyyət verilməyən və ya CAPAGO SA adından fəaliyyət göstərməyən hər hansı üçüncü tərəfin vasitəçilərinin, hüquqi və ya fiziki şəxslərin təklif etdikləri məlumatlardan, xidmətlərdən və ya məhsullardan istifadə etmələrini heç bir şəkildə tövsiyə etmir. İstifadəçi tərəfindən üçüncü tərəfin vasitəçilərinə açıqlanacaq və ya istifadəçinin üçüncü tərəfin vasitəçilərindən əldə edə biləcəyi şəxsi və ya qeyri-şəxsi məlumatlara görə CAPAGO SA şirkəti və ya onun əməkdaşları heç bir məsuliyyət daşımır. Bu kimi vəziyyətlərin səbəb ola biləcəyi nəticələrə görə cavabdehlik yalnız istifadəçi və / və ya üçüncü tərəfin vasitəçisinin üzərinə düşür.

CAPAGO SA, rəqəmsal platformaları üzrə yeni versiya dərc etdirərək istənilən vaxt ümumi satış və xidmət təminatı şərtlərini dəyişdirmək hüququna malikdir. Əksi göstərilmədiyi təqdirdə, xidmətlərə çıxış əldə edilən və ya onlar istifadəyə verilən zaman bütün dəyişikliklər dərhal qüvvəyə minir.

İstifadəçi, istifadə ilə əlaqəli müəyyənləşdirilmiş şərtləri qəbul edərək, CAPAGO SA tərəfindən təklif olunan veb-saytlardan, ərizədən və rəqəmsal platformalardan istifadə və onlara çıxış qaydalarının bu istifadə şərtlərinə, məsuliyyət məhdudiyyətinə və kompensasiya şərtlərinə, eləcə də rəqəmsal platformalarda yerləşdirilmiş fərdi məlumatların qorunması qaydalarına və bütün gələcək dəyişikliklərə əsaslandığını qəbul edir.

1

İstifadə Şərtləri

MADDƏ 1.1. ÜMUMİ MÜDDƏALAR

Hər hansı əks məlumat olsa belə, səlahiyyətli diplomatik orqanlar (səfirlik / konsulluq) öz mülahizələrinə əsasən viza haqqında vəsatətlərin emal edilməsi məqsədilə lazım olan hər hansı sənəd, məlumat və ya əlavə predmet tələb etmək hüququna malikdir.

Viza vermək və ya vəsatəti rədd etmək haqqında qərar istifadəçi / ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim edilmiş bu sənədlər, məlumatlar və / və ya predmetlər əsasında qəbul edilir və səlahiyyətli diplomatik orqanların (səfirlik / konsulluq) şəxsi mülahizələrinə əsaslanır.

CAPAGO SA və onun tərəfdaşları heç bir şəkildə qərar vermə prosesinə cəlb edilə və viza vəsatətini qəbul etmək və ya onu rədd etmək barədə verilmiş qərara və ya oxşar şəkildə qərarın gecikməsi və ya təxirə salınması barədə stifadəçinin məlumatlandırılmasına görə heç bir səviyyədə cavabdehlik daşıya bilməz.

MADDƏ 1.2. VEB-SAYTLARDAN, MOBİL TƏTBİQLƏRDƏN VƏ VƏ DİGƏR BÜTÜN RƏQƏMSAL PLATFORMALARDAN İSTİFADƏ

Veb-saytlara, mobil tətbiqlərə və digər bütün rəqəmsal platformalara çıxış və / və ya onlardan istifadə diskresion əsasla CAPAGO SA tərəfindən idarə olunur. İstifadə və istifadə şərtləri istənilən vaxt CAPAGO SA şirkəti tərəfindən məhdudlaşdırıla bilər.

CAPAGO SA şirkətinin veb-saytlarından (domenlər və subdomenlər), mobil tətbiqlərindən və hər hansı digər rəqəmsal platformalarından, habelə şirkətin filiallarına, tərəfdaş şirkətlərinə, nümayəndəliklərinə və/və ya müştərilərinə məxsus veb-saytların linklərindən (domenlər və subdomenlər), mobil proqramlarından və digər rəqəmsal platformalarından istifadə etməklə, istifadəçi istifadə şərtlərini qəbul edir.

İstifadəçi, CAPAGO SA şirkətinin veb-saytlarının (domain və subdomain), mobil tətbiqlərinin və digər bütün rəqəmsal platformalarının müxtəlif mərhələlərində hipermətn linkləri və ya hər hansı digər rəqəmsal yönləndirmə vasitəsi ilə səlahiyyətli diplomatik nümayəndəliklərə məxsus olan üçüncü tərəfin rəqəmsal platformalarına yönləndirilmə imkanına malikdir. Bu hupermətn linkləri və ya saytlara, tətbiqi proqramlara və ya üçüncü tərəfin rəqəmsal platformalarına digər rəqəmli yönləndirilmə vasitələri heç bir şəkildə CAPAGO SA ilə ortaqlığın və ya əlaqələrin olduğunu təcəssüm etdirmirl. Bu istinadlar CAPAGO SA tərəfindən istifadəçiyə əlavə məlumat verilməsi məqsədi ilə paylanır. Nə CAPAGO SA şirkəti, nə də onun əməkdaşları və ya tərəfdaşları bu saytlar, tətbiqlər və digər rəqəmsal platformalar vasitəsilə yayılmış məlumatların mövcudluğu, məzmunu və / və ya uyğunluğuna görə heç bir məsuliyyət daşımır. Əksi göstərilmədiyi təqdirdə, bu məlumatlardan heç biri CAPAGO SA və / və ya onun törəmə şirkətləri tərəfindən yoxlanılmır və ya onlara təminat verilmir.

MADDƏ 1.3. İSTİFADƏÇİNİN HÜQUQ VƏ SƏLAHİYYƏTİ

CAPAGO SA şirkətinə məxsus məhsulların və / və ya xidmətlərin istifadəçisi müqavilə və kommersiya əlaqələrinin qurulması üçün tam hüquqi səlahiyyətlərə, xüsusən də rezidenti olduğu ölkənin qüvvədə olan qanunlarına əsasən yetkinlik yaşı statusuna malik olmalı və müvəqqəti və ya qəti şəkildə məhdudlaşdırılmış və ya ləğv edilmiş hüquqi səlahiyyətlərə malik olmamalıdır.

MADDƏ 1.4. QADAĞAN EDİLMİŞ İSTİFADƏ

İstifadəçi veb saytlara, mobil tətbiqlərə və digər rəqəmsal platformlara daxil olarkən və ya onlardan istifadə edərkən aşağıda əksini tapmış məhdudiyyətlərə riayət edəcəyinə dair razılığa gəlir:

  • Saytın hər hansı bir hissəsi və ya alt hissəsi ilə ziddiyyət təşkil edən məzmunu və ya məqalələri yaymaq.
  • CAPAGO SA tərəfindən müəyyən edilmiş qanunları, üçüncü tərəfə aid hüquqları və ya qaydaları pozmaq. İstifadəçi öz IP adresini gizlədə və ya vasitəçilərin hesablama sistemləri vasitəsi ilə özünə məxsus məlumatları ötürmək üçün heç bir vasitədən istifadə edə bilməz.
  • Yanlış, aldadıcı və ya təhqiramiz məlumatları və şəxsi məlumatları dərc etmək.
  • Xüsusilə CAPAGO SA infrastrukturunda əsassız və ya qeyri-mütənasib xidmət yükünə səbəb olan əməliyyat texnologiyalarına, fəaliyyətlərə və / və ya normal əməliyyata müdaxilə etmək və ya müdaxiləyə cəhd göstərmək.
  • İstifadəçi üçün işləmək, digər istifadəçilərə və ya kompüterlərə xidmətdən imtinaya səbəb olmaq, veb-saytın bir və ya bir neçə funksiyasına çıxışı sıradan çıxarmaq məqsədilə istənilən sistemi və ya veb-saytı dəyişdirmək, redaktə etmək, məlumat göndərmək, yönləndirmək, sui-istifadə etmək, silmək, təhrif etmək, saxtalaşdırmaq, sürətini azaltmaq və ya konfiqurasiya etmək üçün hər hansı cihazdan istifadə edərək birbaşa və ya dolayı yolla qeyri-avtomatik, mexaniki, elektrik və ya elektron vasitələrlə, yaxud avtomatlaşdırılmış proqramlar, müxtəlif rəqəmsal pirat alətlər vasitəsilə mənbə koda daxil olmaq və ya daxil olmağa təşəbbüs göstərmək.
  • CAPAGO SA şirkətinə və ya digər istifadəçilərin maraqlarına və ya əmlakına zərər verə biləcək virusları və ya hər hansı digər texnoloji vasitələri göndərmək və ya yaymaq.
  • CAPAGO SA şirkətinin əqli mülkiyyət hüququ və ticarət nişanı hüquqları ilə qorunan hər hansı bir məlumatı köçürmək, dəyişdirmək və ya yaymaq.
  • İstifadəçilər haqqında məlumatları, onların şəxsi məlumatlarını və ya istifadəçilərin pasport, e-poçt ünvanları, e-poçtları və s. ilə bağlı hər hansı digər məlumatları əldə etmək və ya toplamaq.

Şərtlərin pozulması və / və ya icazəsiz istifadə zamanı qüvvədə olan qanun və qaydalara əsasən Fransada və qanun pozuntusu törədilən ölkədə istifadəçiyə qarşı məhkəmə iddiası irəli sürülə bilər.

MADDƏ 1.5. İSTİFADƏ MƏHDUDİYYƏTİ

CAPAGO SA şirkəti hər hansı digər fəaliyyətə xələl gətirmədən, öz mülahizəsinə və ya müştərilərinin tələblərinə əsasən öz xidmətlərini və / və ya məhsullarını, veb saytlarını, mobil tətbiqlərini və ya digər bütün rəqəmsal platformalarını bir və ya bir neçə istifadəçi üçün müvəqqəti və ya daimi əsasla məhdudlaşdırmaq, dayandırmaq və ya onların istifadəsinə son vermək hüququna malikdir. CAPAGO SA, qaydalardan kənar və ya təhlükəli hesab etdiyi davranış və ya istifadə hallarına qarşı bu məhdudiyyətləri tətbiq etmək məqsədilə bütün lazımi texniki və hüquqi tədbirləri görə bilər.

MADDƏ 1.6. TƏZMİNAT

İstifadəçi, istifadə şərtlərinin pozulması və ya milli normaların və ya üçüncü tərəfin hüquqlarının pozulması nəticəsində üçüncü tərəfin hər hansı bir şikayəti və ya iddiası, habelə onun tərəfindən məhkəmə prosesi üçün tələb olunacaq rüsumlara qarşı CAPAGO SA şirkətini, onun işçilərini, əməkdaşlarını, tərəfdaşlarını, direktorlarını, nümayəndələrini, filiallarını və tərəfdaşlarını müdafiə edəcəyini və yaranmış xərclərə görə təzminat ödəyəcəyinə dair razılığa gəlir. CAPAGO SA, heç bir halda, CAPAGO SA tərəfindən hazırlanan xidmətlərin və / və ya məhsulların, veb-saytların, mobil proqramların və digər rəqəmsal platformların, eləcə də bu platformalardakı məlumatların istifadəsindən və ya istifadə edilə bilməməsindən qaynaqlanan qəza və ya təsadüf nəticəsində (məsələn, mənfəət itkisi, fəaliyyətin dayandırılması və ya məlumatın itirilməsi daxil olmaqla) dəymiş istənilən dolayı və ya birbaşa zərərlərə görə məsuliyyət daşımamalıdır.

MADDƏ 1.6. İSTİFADƏ QAYDALARININ POZULMASI VƏ KOMPENSASİYA

İstifadəçi, bu şərtlərdən birinin və ya bir neçəsinin pozulması və ya pozulmasına cəhd göstərilməsinin CAPAGO SA şirkətinə müəyyən və birbaşa zərər vurduğunu və bunun nəticəsində CAPAGO SA şirkətinin təzminat və kompensasiya tələb etmək hüququnun olduğunu qəbul edir. İstifadəçi həmçinin CAPAGO SA şirkətinin bu istifadə şərtlərinin istifadəçi və ya tərəfdaşlar, törəmə və ya filial müəssisələr tərəfindən pozulması və ya pozulmasına cəhd göstərilməsini dayandırmaq və ya hədd qoymaq üçün məhkəməyə müraciət etmək və məhkəmə qərarından istifadə etmək hüququnun olduğunu da etiraf edir. CAPAGO SA məhkəmə rüsumları da daxil olmaqla, istifadəçiyə qarşı bu cür məhkəmə qərarlarını əldə etmək üçün çəkilmiş bütün xərclər və zərərlər üçün kompensasiya almaq hüququna malikdir.

MADDƏ 1.7. MÜBAHİSƏLƏRİN TƏNZİMİ

İstifadə şərtləri vizaların emalı və verilməsi üçün tətbiq olunan qanun və qaydalardan asılı olmayaraq, viza almaq üçün vəsatətin verildiyi ölkənin qanunvericiliyi ilə uyğunluq təşkil etməlidir.

İstifadəçi məhsul, xidmət və ya rəqəmsal platformalarla əlaqəli olaraq CAPAGO SA şirkətinə qarşı məhkəmə qaydasında iddia qaldırmaq barədə qərar verdiyi təqdirdə, o, viza müraciətinin verildiyi yerdə məhkəmə yurisdiksiyasını qəbul edir.

Bu ümumi satış və xidmət təminatı şərtlərinin bir və ya bir neçə müddəasının hüquqi qüvvəsini itirməsi və ya etibarsızlığı qalan müddəaların etibarlılığını və tətbiq olunmasını təkzib etmir. Maddələrin, bölmələr və yarımbölmələrin adları yalnız istinad kimi təqdim olunur və heç bir bölmənin məzmununu məhdudlaşdırmır.

Ümumi satış və xidmət təminatı şərtlərinin bir və ya bir neçə müddəasının bir və ya bir neçə istifadəçi tərəfindən pozulmasına qarşı CAPAGAO SA tərəfindən hər hansı bir tədbirin görülməməsi maraqdan imtina və ya dinməz razılıq kimi başa düşülməməlidir.

CAPAGO SA məqsədəuyğun hesab etdiyi və ya müştəriləri tərəfindən tələb olunan hər hansı ölçünü götürmək hüququna malikdir.

MADDƏ 1.8. XİDMƏTLƏRİN ÖDƏNİŞİ

IÜmumiyyətlə və təhlükəsizlik baxımından CAPAGO SA təmin etdiyi məhsulları və göstərdiyi xidmətləri qarşılığında nağd ödənişləri qəbul etmir.

Bu qayda yalnız CAPAGO SA şirkəti tərəfindən açıq və yazılı şəkildə razılıq verildiyi təqdirdə istisna edilə bilər. Xüsusi məlumatları yerli ofislərimizə məxsus veb-saytların müvafiq bölmələrindən əldə edə bilərsiniz.

Ödəniş vasitələrinə və / və ya üsullarına xüsusi yerli qaydaların, həmçinin müvafiq ödəniş haqlarının tətbiq olunması mümkündür. Daha ətraflı məlumat üçün istifadəçi bizim müvafiq yerli şöbələrimizə məxsus saytlarda xüsusi bölməyə müraciət etməlidir.

MADDƏ 1.9. TƏTBİQ EDİLƏN VALYUTA MƏZƏNNƏSİ

Əksi yazılı formada göstərilmədiyi təqdirdə, CAPAGO SA öz xidmətlərinin hesablarını tərtib edərkən müvafiq səfirliklərin / konsulluqların məlumat verdiyi valyuta konversiya dərəcələrini tətbiq etməlidir. Bu məlumatlar bizim yerli şöbələrimizdə və veb-saytlarımızda müntəzəm olaraq dərc edilir və yenilənir.

Valyuta konversiya dərəcələrində dəyişiklik olarsa, CAPAGO SA istifadəçinin viza almaq üçün vəsatətinin emalına davam etmək üçün fərqi ödəməyi tələb edə bilər.

MADDƏ 1.10. KUKİ FAYLLARI

Kuki faylları - istifadəçi CAPAGO SA veb-saytına daxil olarkən onun İnternet sistemində saxlanıla bilən fayllar və ya məlumatlardır. Kuki fayllarının məqsədi veb-saytların nəzərdən keçirilməsini və onlardan istifadəni asanlaşdırmaqdır. CAPAGO SA bu informasiya əsasında istifadəçini şəxsən müəyyən edə bilmir.

MADDƏ 1.11. ƏLAQƏ

Bu şərtlərə aid əlavə suallar və ya sorğular üçün bizimlə aşağıdakı e-poçt vasitəsilə əlaqə saxlayın: contact@capago.eu.

2

Məsuliyyət və Kompensasiya Şərtlərinə dair Məhdudiyyətlər

Bu bölmə məsuliyyətimizi və kompensasiya siyasətimizi məhdudlaşdıran şərtləri müəyyənləşdirir. Bu bölmədə təsvir edilən hallar istisna olmaqla, viza ərizəsi ilə əlaqəli ödənişlər geri qaytarılmır və vizanın verilib-verilməməsindən asılı olmayaraq ödənilməlidir.

MADDƏ 2.1. ZƏRURİ MƏLUMATLAR

Satınalma və rezervasiya viza üçün müraciət şərtlərində tələb olunmadığı müddətcə, CAPAGO viza ərizəsini təqdim etmək üçün alqı-satqı təklif etmir və ya səyahət rezervasiyası vermir.

Xidmətlərimizin istifadəçisi, onun viza ərizə formasında və onun ərizəsini təşkil edən sənədlərdə birbaşa və ya dolayı yolla təqdim olunan məlumatların düzgünlüyü, tamlığı və təsdiqlənməsi ilə məsuldur. CAPAGO məlumatın daxil edilməsi, səhvlərin olmaması və ya istifadəçi tərəfindən verilən məlumatın uyğunluğunu yoxlamaq səlahiyyətinə malik deyil.

CAPAGO xidmət istifadəçisinin viza üçün müraciət edərkən təqdim etdiyi bütün sənədlərin surətlərini, eləcə də qəbzləri saxlamasını təşviq edir.

MADDƏ 2.2. SƏNƏDİN İTMƏSİ VƏ YA KORLANMASI

Bəzi hallarda, müştərimiz, səfirlik və ya konsulluq sənədləri və ya pasportları CAPAGO SA tərəfindən müəyyən edilmiş qaydada birbaşa istifadəçiyə qaytara bilər. Belə hallarla rastlaşdıqda CAPAGO SA sənədlərin itməsinə və ya korlanmasına görə məsuliyyət daşımır.

İstifadəçi CAPAGO SA şirkətinin öz müştərilərinin səfirlikləri və konsulluqları üzərində nəzarət hüququna malik olmadığını və onların müstəsna səlahiyyətlərinə aid olan xidmətləri yerinə yetirmədiyini qəbul və etiraf edir. Beləliklə, CAPAGO SA istifadəçi tərəfindən təqdim edilən sənədlərdən hər hansı birinin səfirliklər və konsulluqlar tərəfindən həyata keçirilən xidmətlər zamanı itməsinə və korlanmasına görə məsuliyyət daşımır.

MADDƏ 2.3. XİDMƏT HAQLARININ KOMPENSASİYASI

Ərizə formasının emal olunması üçün istifadəçi tərəfindən CAPAGO SA şirkətinə ödənilən xidmət haqqı səfirlik və ya konsulluğun şəxsi mülahizəsinə əsasən vizanın verilib-verilməməsindən asılı olmayaraq heç bir halda geri qaytarılmır.

MADDƏ 2.4. EMALIN LƏĞVİ

CAPAGO SA şirkətinə viza almaq üçün müraciət edildikdən sonra, istifadəçi sənədlərin emalına dərhal başlandığını qəbul edir. Nəticə etibarilə o,CAPAGO SA tərəfindən emalın ləğv edilməsini tələb edə bilməz.

Emalın ləğvi aidiyyatı səfirliyə və ya konsulluğa ünvanlanmalıdır. Sənədlərin emalının ləğv edilməsi və pasportların qaytarılması barədə sorğuların işlənmə müddəti müvafiq səfirlik və ya konsulluğun mülahizəsinə əsaslanır.

Bu ümumi satış şərtlərində müəyyənləşdirilən vəziyyətlərdən asılı olmayaraq, sənədlərin emalı ləğv edildikdə ərizə vermək üçün ödənilmiş rüsumlar geri qaytarılmamalıdır.

MADDƏ 2.5. ƏLAVƏ XİDMƏT SATIŞINA DAİR XÜSUSİ ŞƏRTLƏR

İstifadəçi, CAPAGO SA şirkətinə məxsus müştəri səfirlikləri və konsulluqları tərəfindən sənədlərin möhürlənərək ona göndərilməsi xidmətinin kənar şirkət tərəfindən həyata keçirildiyini qəbul edir. CAPAGO SA nə istənilən bir nəqledici şirkət, nə də əlaqədar avadanlıq və xidmətlər üzrəində nəzarət və ya idarəçilik funksiyalarını həyata keçirmir. CAPAGO SA hətta səhlənkarlıq, hər hansı bir qəza və ya digər bir səbəbdən istifadəçiyə məxsus sənədlərin nəqledici şirkət tərəfindən gecikdirilməsi / düzgün yerləşdirilməməsi / itirilməsi / korlanmasından qaynaqlanan zərərlərə görə heç bir cavabdehlik daşımır. CAPAGO SA və ya onun nümayəndələri heç bir halda, istifadəçi sənədlərinin, habelə onun pasportunun gecikdirilməsi / düzgün yerləşdirilməməsi / itirilməsi / korlanmasına görə hər hansı birbaşa və ya dolayı itkilərə görə məsuliyyət daşımır.

MADDƏ 2.6. KOMPENSASİYA ÖDƏNİŞLƏRİNƏ DAİR MƏHDUDİYYƏTLƏR

Yuxarıda qeyd olunan elementlərə baxmayaraq, pasportun itirilməsi və ya korlanması halında CAPAGO SA şirkətinin və / və ya onun nümayəndələrinin yeganə və müstəsna öhdəliyi, pasportun yerli orqanlar tərəfindən standart yenilənmə şərtlərinə əsasən təkrar təqdim olunması rüsumları ilə məhdudlaşdırılır. Belə bir ödəniş yalnız yerli hakimiyyət orqanları tərəfindən təqdim olunmuş etibarlı qəbz əsasında mümkündür. İstifadəçi öhdəlik məhdudiyyətinə dair bu bəndin bütün şərtlərini qəbul edir.

3

Şəxsi məlumatların mühafizsi

MADDƏ 3.1. GİRİŞ

CAPAGO SA ona təqdim edilmiş şəxsi məlumatlara hörmətlə yanaşır. CAPAGO SA, işimizin xarakterinə görə istifadəçilərindən-viza ərizəçilərindən və / və ya istifadəçilərdən şəxsi məlumatların könüllü şəkildə təqdim edilməsini xahiş edə bilər. Bu bölmə, viza ərizəsində verilmiş və / və ya xidmətlərimizin istifadəçiləri tərəfindən təqdim olunmuş şəxsi məlumatların necə toplandığını, istifadə edildiyini, saxlanıldığını, ötürüldüyünü və CAPAGO SA şirkətinin, filialların, inzibati orqanların və digər qurumların müştərilərinə necə təqdim olunduğunu təsvir edir. Fərdi məlumatların qorunması haqqında nizamnamənin xidmət istifadəçilərimiz tərəfindən qəbul edilməsi onun bütün müddəalarının təsdiqlənməsinə bərabərdir.

MADDƏ 3.2. ŞƏXSİ MƏLUMATLARIN ƏLDƏ EDİLMƏSİ

Təyinat onlayn qaydada sifariş edilən zaman istifadəçi tərəfindən verilən və / və ya təqdim edilən istənilən məlumat elə emal edilir ki, onun rezidenti olduğu ölkədə aidiyyatı müştəri səfirliyinə və / və ya konsulluğuna ötürülməsi mümkün olsun. Toplanan məlumatlar yerli qanunvericiliyin tələblərinə uyğun olaraq CAPAGO SA, yaxud onun filialları, tərəfdaşları və inzibati orqanlar tərəfindən saxlanıla, ötürülə və paylana bilər.

İstifadəçi, viza ərizəsinin emalı kontekstində viza üçün müraciət - emal mərkəzində hər hansı bir rəqəmsal və ya analoq cihazda audio məzmunun və / və ya video təsvirlərin yazılması barədə CAPAGO SA şirkətinə razılıq verir.

MADDƏ 3.3. ŞƏXSİ MƏLUMATLARIN ƏLDƏ EDİLMƏSİNDƏ MƏQSƏD

Şəxsi məlumatların əldə edilməsi, qeydiyyatı, ötürülməsi və paylaşılmasında əsas məqsədlər aşağıdakılardır:

  • İstifadəçi və onun müraciəti haqqında müvafiq səfirliyə / konsulluğa dəqiq və ətraflı məlumat ötürmək
  • İstifadəçini, təhlükəsizlik məqsədilə təklif olunan vasitələrdən və xidmətlərdən ədalətsiz, qeyri-qanuni istifadə və sui-istifadə hallarına və ya hakerliyə qarşı qorumaq
  • İstifadəçiyə təklif edilən xidmətləri təkmilləşdirmək və fərdilik əsasında planlaşdırmaq
  • Hüquqi, inzibati şərtlərə və/və ya müqavilə tələblərinə əməl etmək
  • İnsanların və əmlakın təhlükəsizliyini təmin etməklə yanaşı, dələduzluq, qeyri-qanuni mənimsəmə, sui-istifadə halları ilə mübarizə aparmaq və əlaqəli araşdırmalara dəstək olmaq

MADDƏ 3.4. KUKİ FAYLLARI

Kuki faylları - istifadəçi CAPAGO SA veb-saytına daxil olarkən İnternet sistemində saxlaya biləcəyi fayllar və ya məlumatlardır. Kuki fayllarının yaradılmasında məqsəd veb-saytların nəzərdən keçirilməsini və onlardan istifadəni asanlaşdırmaqdır. CAPAGO SA bu informasiya əsasında istifadəçini şəxsən müəyyən edə bilmir.

MADDƏ 3.5. İSTİFADƏÇİ HESABLARI, ŞİFRƏLƏR VƏ ŞƏXSİ MƏLUMATLAR

İstifadəçi hesablarından istifadə etmək üçün onun pasportu, qeydiyyat nömrələri (faktura / qəbz), doğum tarixi və adları ilə bağlı istifadəçi məlumatları mühüm əhəmiyyət kəsb edir. İstifadəçi bu cür məlumatları üçüncü tərəflərə açıqlayarkən son dərəcə ehtiyatlı olmalıdır. Bu şifrələr və şəxsi məlumatlar istifadəçilər tərəfindən üçüncü tərəflərə açıqlandığı təqdirdə, hesablarında və onların adından aparılan hər hansı bir əməliyyata görə yalnız istifadəçi cavabdehlik daşıyır. Nəticə etibarilə, əgər istifadəçinin şifrəsi və şəxsi məlumatları açıqlanarsa, lazımi təhlükəsizlik tədbirlərinin görülməsi üçün CAPAGO SA şirkətinə bu barədə dərhal yazılı məlumat verilməlidir.

MADDƏ 3.6. KƏNAR LİNKLƏR

Veb-saytlarımızın fərqli hissələrində CAPAGO SA şirkəti, habelə müvafiq diplomatik nümayəndəliklər, yerli hakimiyyət orqanları və iş tərəfdaşları tərəfindən idarə və nəzarət olunmayan veb saytlara avtomatik linklər yerləşə bilər. Bu, CAPAGO SA şirkətinin həmin veb-saytların sahibləri və / və ya rəhbərləri ilə birbaşa və ya dolayı yolla əlaqəli olduğu anlamına gəlmir. CAPAGO SA, onun işçiləri və filial nümayəndəlikləri bu kimi saytlardan istifadə hallarına və ya yerləşdirilən məlumatların məzmununa görə heç bir məsuliyyət daşımırlar.

MADDƏ 3.7. YETKİNLİK YAŞINA ÇATMAMIŞLAR

Yetkinlik yaşına çatmamışlara CAPAGO SA xidmətlərindən istifadə etmək hüququ verilmir. CAPAGO SA şəxsi məlumatları, könüllü və ya qeyri-iradi olaraq, yetkinlik yaşına çatmamış şəxslərdən əldə etmir, hətta bu qəbildən olan məlumatlar yetkinlik yaşına çatmamış şəxslər tərəfindən təqdim edildikdə belə, həmin məlumatlardan istifadə etmir.

MADDƏ 3.8. ŞƏXSİ MƏLUMATLARA ÇIXIŞ VƏ ONLARI DƏYİŞMƏK HÜQUQU

İstifadəçi saytlarımıza daxil edilmiş əksər şəxsi məlumatlara çıxış əldə etmək, onları yoxlamaq və dəyişdirmək hüququna malikdir. Ümumiyyətlə, CAPAGO SA istifadəçi tərəfindən verilən şəxsi məlumatları manual qaydada (əl ilə) redaktə etmir. Buna görə də, istifadəçi təqdim edilən fərdi məlumatların yenilənməsindən və ərizəsinin emalı və / və ya xidmətlərimizdən istifadə edə bilməsi üçün bu məlumatların dəqiqliyindən əmin olmalıdır.

CAPAGO SA uses personal data to comply with legal, administrative and contractual requirements, to prevent fraud, to assign handling charges, to resolve disputes and other issues, to support investigations, to enforce the terms of use and to take any action authorised by law. By using CAPAGO SA websites and services, the user gives explicit CAPAGO SA consent to collect, use and transfer his/her personal data.

MADDƏ 3.9. RAZILIĞIN GERİ GÖTÜRÜLMƏSİ

İstifadəçi öz qərarı barədə CAPAGO SA şirkətini yazılı məlumatlandırmaqla, şəxsi məlumatlarından istifadə edilməsi və ötürülməsi haqqında razılığını istənilən vaxt geri götürə bilər. Bu halda viza üçün müraciət ləğv edilir və CAPAGO SA tərəfindən göstərilən xidmətlər dərhal dayandırılır.

Şəxsi məlumatlardan istifadə etmək və onları ötürmək barədə razılığın geri götürülməsi, istifadəçiyə CAPAGO SA şirkəti və ya hər hansı digər üçüncü şəxs tərəfindən təyin edilən birbaşa və dolayı xərclərin kompensasiyasını tələb etmək və ya onu əldə etmək hüququ vermir.

MADDƏ 3.10. AUTENTİFİKASİYA

CAPAGO SA, ərizəçinin təqdim etdiyi informasiyaların və şəxsi məlumatların həqiqiliyinə və dəqiqliyinə görə məsuliyyət daşımır. İstifadəçinin vəzifəsi CAPAGO SA şirkətinə verilən məlumatların keyfiyyətini təmin etməkdir.

MADDƏ 3.11. MƏLUMATLARIN AÇIQLANMASI

CAPAGO SA qanunvericiliklə və ya yerli hakimiyyət orqanlarından əldə olunan əmrlər əsasında məlumatları açıqlaya bilər. CAPAGO SA inzibati və / və ya məhkəmə prosedurları ilə tələb edildikdə, habelə hüquqlarını icra edərkən və ya məhkəmə iddialarına qarşı hüquqlarını müdafiə edərkən məlumatları yaxşı niyyətlə açıqlamalıdır.

Həmçinin, qeyd olunan ümumi satış və istifadə şərtləri yerinə yetirən zaman məlumatlar CAPAGO SA tərəfindən açıqlana bilər.

Nəhayət, şirkətin və ya şirkətlər qrupunun yenidən qurulması və ya satışı zamanı, CAPAGO SA şirkətinin sahib olduğu bütün şəxsi məlumatların müvafiq quruma ötürülməsi və ya təkrar təyin olunması tələb oluna bilər.

MADDƏ 3.12. ŞƏXSİ MƏLUMATLARIN TƏHLÜKƏSİZLİYİ

Şəxsi məlumatlar yalnız CAPAGO SA şirkətinə məxsus serverlərdə saxlanılır. CAPAGO SA şəxsi məlumatların qorunması üçün çoxsaylı prosedurlara, habelə şəxslərin və mülklərin fiziki təhlükəsizliyini təmin edən kodlaşdırma və şifrələrə, şirkətə məxsus veb-saytları mühafizə etmək üçün qoruyucu kompüter sistemlərinə, xüsusilə məlumatların icazəsiz açıqlanmasına, sui-istifadə hallarına və piratçılığa yol verməmək üçün digər infrastrukturlara malikdir. İstifadəçilərin şəxsi məlumatlarını qorumaq üçün CAPAGO SA tərəfindən təhlükəsizlik tədbirlərinin görülməsinə baxmayaraq, CAPAGO SA, bu şəxsi məlumatların və / və ya şəxsi yazışmaların üçüncü şəxslər tərəfindən qanunsuz əldə olunmasına görə məsuliyyət daşımır.

MADDƏ 3.13. ŞƏXSİ MƏLUMATLARIN MƏHV EDİLMƏSİ

CAPAGO SA, ərizəçi tərəfindən ərizə formasına əlavə edilmiş və / və ya xidmətlərdən istifadə üçün təqdim olunmuş məlumatların nüsxələrini çıxarmır və onları saxlamır.

Fiziki mühitdə olan məlumatlar müvafiq səfirlik və ya konsulluq tərəfindən müəyyən edilmiş müddətdən sonra təhlükəsiz dağıdıcı sistem vasitəsilə ilə məhv edilir.

Elektron kütləvi informasiya vasitələrində olan məlumatlar müvafiq səfirlik və ya konsulluq tərəfindən müəyyən edilmiş müddətdən sonra təhlükəsiz sistem vasitəsilə daimi əsasla silinir və ya məhv edilir.

CAPAGO SA, rəsmi icazəsi olmayan üçüncü tərəflərə şəxsi məlumatların açıqlanmasının qarşısını almaq üçün onları təhlükəsiz prosedurlar və üsullarla məhv edir.

MADDƏ 3.14. DÜZƏLİŞ ETMƏK HÜQUQU

Bu şəxsi məlumatların qorunmasına dair müddəaların məzmununa istənilən vaxt birtərəfli qaydada düzəlişlər edilə bilər. İstifadəçinin bu dəyişikliklərdən dərhal istifadə etməsi mümkündür. İddialar və ya əlavə məlumatlar üçün sorğular contact@capago.eu ünvanına göndərilə bilər.