Logo - Official Visa Application Center
Official Visa Application center

CAPAGO XİDMƏTLƏRİ İLƏ TANIŞ OLUN


Bu bölmədə, sizin müraciətinizin mümkün qədər xoş və asan keçməsi üçün Capago tərəfindən təqdim edilən xidmət növləri haqqında daha ətraflı məlumat əldə edəcəksiniz.

Capago international si̇zi̇n üçün nə edi̇r? Daha ətrafli

Capago International Bakıda Fransanın yeganə rəsmi viza müraciəti mərkəzidir. Bu mərkəzdə bütün şəxslər Şengen vizası üçün müraciətlərini edə bilərlər. Viza müraciət proseslərinin qısa təsvirini aşağıdan əldə edə bilərsiniz.

 

 

 

 

 

1

Fransa üçün viza müraciətinin edilməsi üçün siz aşağıdakıları etməlisiniz:

1. Fransaya getmək üçün vizaya ehtiyacınızın olub-olmadığını müəyyən etmək üçün Fransa-Viza rəsmi veb saytına daxil olun;

2. France-Visas saytında hesab yaradın, Şengen ərizə formanızı doldurun və ərizənizin təsdiqedici sənədlərini hazırlayın*;

3. Sənədlərinizi təhvil vermək üçün Bakıdakı ofisimizdə onlayn görüş təyin edin.

Azərbaycan vətəndaşlarının viza müraciətləri üçün məcburi xidmət rüsumu 30 avrodur.
Qeyri-Azərbaycan vətəndaşlarının viza müraciətləri üçün məcburi xidmət rüsumu 32 avrodur.
Xidmət haqqı avro ilə müəyyənləşdirilir, lakin mövcud məzənnəyə görə yalnız Azərbaycan Manatı ilə yerində ödənilir.

Viza ittifaqı qaydalarının 17-ci maddəsinə əsasən: "müvafiq dövlət və ya aidiyyəti dövlətlər bütün müraciət edənlərə öz şərtlərinə uyğun olaraq birbaşa konsulluqlarından ərizə vermə imkanını təmin etməlidir".

 

 

2

Görüş gününüz zamanı:

1. Viza üzrə mütəxəssis müraciətinizi yoxlacaq və əmin olacaq ki, zəruri olan sənədlərin hamısı qaydasındadır;;

2. Müraciətiniz üçün tələb edilən rüsumlar alınacaq;

3. Biometrik məlumatlarınız götürüləcək (şəkil və barmaq izləri);

4. Capago bütün sənədlərinizi Fransa Konsulluğuna yoxlanılması üçün təqdim edəcək.

Nəzərinizə çatdırmaq istəyirik ki, Fransa Konsulluğu vizanın alnması üçün müraciətinizin təsdiq olunması hüququnu özündə saxlayır. Tamamlanmamış sənədlər toplusu vizanın alınmaması ilə nəticələnə bilər. Buna görə də, görüş günü bütün sənədlərinizin hazır olmasından əmin olun. Xahiş olunur tələb olunan sənədlər siyahısında qeyd olunan bütün sənədləri sıra ardıcıllığı ilə yığasınız. Bu, sənədlərinizi viza üzrə mütəxəssisə təqdim edərkən sizə vaxt qazandıracaq.

Capago-nun əlavə xi̇dmətləri̇ hansilardir? Daha ətrafli

1

Əlavə xidmətlər

Viza üçün müraciət etdiyiniz zamanı “Capago”şirkəti müraciətinizin həyata keçirildiyi müddətdə sizə sıra əlavə xidmətlər təklif edir. Bu xidmətlərin qiyməti məzənnəyə görə hesablanmayıb.

Platinum Service : 100 AZN
Sənədlərinizin hazırlanmasından görüş tarixinizə kimi, sizin üçün ayrılmış viza işləri üzrə mütəxəssis komandamız sizə viza müraciəti prosesində tam dəstək olur və hər mərhələdə sizə kömək edir.

Hər şey daxil Xidmət ("all inclusive") :

  • Fərdi viza işləri üzrə mütəxəssis
  • (France-Visas) Ərizə formasının doldurulmasında köməklik
  • Daimi iş vaxtından başqa müraciət etmə imkanı (Email ilə əlaqə saxlayın:infofrance-az@capago.eu
  • Viza Müraciəti Mərkəzində növbə üçün azaldılmış gözləmə vaxtı

Çatdırılma xidməti :
Davam edən Covid-19 epidemiyası səbəbindən və Səfirliyin təlimatlarına uyğun olaraq bütün pasportlar yalnız kuryer xidmətləri ilə qaytarılacaqdır.
Pasportunuz istədiyiniz ünvana 10:00-dan 18: 00-dək, hər bir müraciət edən üçün 17 AZN (Bakı şəhərində) və ya 33 AZN (Bakıdan kənar ölkə ərazisi) olmaqla çatdırılacaqdır. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.

ID fotoşəkil : 12 AZN
Capaqo şirkəti Biometrik texnologiyadan istifadə edərək, keyfiyyətli parlaq kağız üzərində Şengen Tələbləri və Beynəlxalq Mülki Aviasiya Təşkilatı Standarlarına 100% cavab verən fotoşəkil ilə təmin edir.

Viza ərizəsinin SMS vasitəsilə izlənməsi : Pulsuz
Siz ərizənizin hər gedişatı barədə SMS bildiriş qəbul edəcəksiniz.

Surət çıxarma : 4 AZN
10 nüxsəyə qədər. Siz viza müraciət mərkəzimizdə sənədin surətini çıxara və çap edə bilərsiniz.

Capago Express Sənəd Tərcüməsi : 22 AZN
Capago Azerbaijan" yeni - "Express Tərcümə" xidməti vasitəsilə geniş tərcümə xidmətlərini təqdim edir. Biz viza müraciəti sahəsində aparıcı tərcümə təhcizatçısıyıq. Viza müraciətinizi etdiyiniz zamanı sənədlərinizi birbaşa Capago-da tərcümə etməklə vaxtınıza qənaət edəcəksiniz. CAPAGO yalnız 22 manat müqabilində sizi tərcümə və notarial təsdiq xidməti ilə təmin edir. Capago Express Tərcümə, Sürətli-Asan-Effektiv tərcümə!
*Fransa, İspaniya, Portuqaliya, Belçika, Hollandiya, Lüksemburq.

Şengen səyahət sığortası
Şengen tələblərinə 100% uyğun gələn səyahət sığortası, Avropa İttifaqının qaydalarına (22 dekabr 2003-cü il tarixli 2004/17 / EC nömrəli qərar) əsasən viza müraciəti üçün icbari sayılır.

Səyahət Sığortası Avropa İttifaqının qaydalarına (22 dekabr 2003-cü il tarixli 2004/17 / CE nömrəli qərar) müvafiq olaraq Şengen tələblərinə cavab vermirsə, bu vizanın verilməsindən imtina üçün əsas ola bilər.

Capago sizi müvafiq Şengen səyahət sığortası ilə təmin edən Sertifikatlaşdırılmış Sığorta Brokeri - Insurté ilə əlaqələndirə bilər.

Sığorta abunəliyinizə davam etmək istəyirsinizsə, www.vti.travel saytına daxil ola bilərsiniz

Sığortanı onlayn əldə edin
2

Ödəmə növləri

Görüş günü ödənişi təsdiq edən sənəd sənədlərinizin siyahısına əlavə edilməlidir.

Ödənişi həyata keçirilməmiş heç bir müraciət Konsulluğa göndərilməyəcək. Aşağıdakı qayda üzrə ödənişləri edə bilərsiniz:

  • Kredit kartı yaxud debet (American express və Diners qəbul edilmir)
  • Nəğd